Kütləvi etirazların qəddarcasına yatırılması səbəbindən İran hökuməti yaxın günlərdə süquta uğrayacaq.
Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts öz sosial media səhifəsində bildirib. Merts İran rəhbərliyini əhalini təhdid etməyə son qoymağa çağırıb. O, hakimiyyətin son həftələrini, bəlkə də son günlərini yaşadığını əlavə edib.
"Rejimin öz xalqına qarşı zorakılığı gücün deyil, zəifliyin əlamətidir. Bu, dərhal dayandırılmalıdır. Bunu vurğulamaq üçün biz əlavə Avropa Birliyinin sanksiyaları üzərində işləyirik", - o deyib.
Xatırladaq ki, ötən ilin 29 dekabrından İranda kütləvi etirazlar davam edir.