İran Ukrayna müharibəsində Prezident Vladimir Putinə kömək etmək üçün Rusiyaya təxminən 3 milyard dollar dəyərində raket satıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərb təhlükəsizlik rəsmisinin sözlərinə görə, satın alınmış məhsullar arasında yüzlərlə "Fəth-360" qısa mənzilli ballistik raket, təxminən 500 digər qısa mənzilli ballistik raketlər və təxminən 200 zenit raketi var.
Tehran həmçinin, Şahed-136 kamikaze dronları və Rusiyanın onları Geran-2 adı altında daxili istehsal etməsinə imkan verən texnologiyanı paylaşıb.
2021-ci ilin sonundan bəri Rusiyanın İran hərbi texnikasına 4 milyard dollardan çox pul xərclədiyi təxmin edilir.
Moskva ilə Tehran arasında müqavilələr müharibə başlamazdan əvvəl, 2021-ci ilin oktyabr ayında imzalanıb. İran 2025-ci ilin yanvar ayında Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb, lakin qarşılıqlı müdafiə müqaviləsi yoxdur və Moskva ötən il İsrail və ABŞ-ın İrana hücumları zamanı Tehrana heç bir praktik yardım təklif etməyib.