Ermənistandakı revanşist qüvvələr 2026-cı ilin iyununda baş tutacaq parlament seçkilərinə ciddi hazırlıq görür.
Modern.az "Hraparak"a istinadən xəbər verir ki, daha çox daşnaklar kimi tanınan "Daşnaksütyun” partiyası qarşıdan gələn parlament seçkilərində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla birlikdə blok şəklində iştirak edəcək.
Qəzet partiyaların bunu birbaşa açıqlamayacağını, dolayı yolla bildirişlə məhdudlaşacağını istisna etmir.
Ehtimal olunur ki, daşnaklarla Koçaryanın quracağı ittifaqa digər eks-prezident Serjik Sarkisyanın da qoşula bilər. Birləşmiş blok parlament seçkilərində qalib gələrsə, Azərbaycanla Nikol Paşinyan hakimiyyəti arasında müsbət məcrada irəliləyən sülh danışıqlarında ciddi əngəllər yarana bilər.