"YouTube"a 140 il uzunluğunda video yüklənib.
Modern.az-ın məlumatına görə, "shinywr" adlı kanala yüklənən videoda səssizlik və qara ekran mövcuddur.
Ehtimallara görə Şimali Koreyadan yüklənən video, YouTube tarixinin ən uzun və mümkünsüz videolardan biri kimi səs-küyə səbəb olub.
Məsələnin qəribə tərəfi bu videonun YouTube-dakı 128GB və ya 12 saat limitini aşmasındadır.
Hələlik, mövzu ilə bağlı yutub şirkəti hər hansı bir açıqlama verməyib.