İrandakı etiraz aksiyalarında ölənlərin sayı 538 nəfərə çatıb. Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin 12 yanvarda yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, öldürülənlərin 490-ı etirazçı, 48-i təhlükəsizlik işçisidir. “Reuters” agentliyi 10600-dən çox insanın həbs olunduğunu iddia edib.
Yanvarın 9-da İranın ali lideri Əli Xamenei xalaq müraciət edərək, birliyə çağırıb. İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ və İsraili ölkədə iğtişaşlar təşkil etməkdə ittiham edib.