Kuba prezidenti Migel Dias-Kanel bildirib ki, ölkəsi Vaşinqtonla danışıq aparmır. Modern.az xəbər verir ki, Migel Dias-Kanel bu haqda X sosial şəbəkəsində yazıb. "ABŞ hökuməti ilə miqrasiyaya aid texniki əlaqələrdən başqa heç bir danışıqlar aparılmır", - deyə Kuba lideri qeyd edib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Kubanın "çox gec olmadan razılaşmaya getməli olduğunu” bildirmişdi.