İranın paytaxtı Tehranın Çitgər və Moşiriyye bölgələrində rejim əleyhinə etiraz aksiyaları davam edir.
Modern.az xəbər verir ki, sakinlər axşam saatlarından etibarən küçə və meydanlara toplaşaraq şüarlar səsləndiriblər.
Bildirilib ki, təhlükəsizlik qüvvələrinin bölgələrdə mövcudluğu gücləndirilib. Hadisələrlə bağlı rəsmi qurumlar hələlik açıqlama yaymayıb.