ABŞ kəşfiyyatı həftənin əvvəlində İranda baş verən etirazların hakimiyyətin sabitliyi üçün ciddi təhlükə yaratmadığını düşünürdü, amma indi vəziyyət dəyişib.
Modern.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr "Axios" nəşrinə bildiriblər.
Son hadisələr fonunda Vaşinqtonun bu qiymətləndirməsi yenidən nəzərdən keçirilir. Nəşrin yazdığına görə, ABŞ tərəfi etirazların miqyasını və mümkün nəticələrini daha ciddi şəkildə dəyərləndirməyə başlayıb.
Yüksək vəzifəli amerikalı rəsmi bildirib ki, etirazlar ciddi xarakter daşıyır və proses diqqətlə izlənilməkdədir. Onun sözlərinə görə, ABŞ kəşfiyyatı İranda baş verən hadisələrlə bağlı müşahidələri davam etdirəcək.