Bakıda mənzildən 31 yaşlı şəxsin meyiti tapılıb.
Modern.az xəbər verir ki, hadisə Nizami rayonu Ə.Hacıyev küçəsi 8 ünvanındakı binada baş verib.
Dünən axşam saatlarında orada yaşayan 1995-ci il təvəllüdlü Pərviz Məmmədovun meyiti aşkar edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Ekspertizalar təyin edilib.