Bakı.Trend:
Hazırda Azərbaycan və Niderland arasında 4 saziş üzrə işlər davam etdirilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə bazar ertəsi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, qarşıqlıq investisiyalara baxdıqda, yüksək rəqəmlər müçahidə olunur.
Onun sözlərinə görə, Azərbaycanda 150-dən artıq qeydiyyatdan keçən Niderland şirkəti mövcuddur.
"Son illər ərzində Azərbaycan və Niderland arasında siyasi dialoq inkişaf edib. Bu ilin iyul arasında iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr həyata keçirilib", - Ceyhun Bayramov vurğulayıb.
Nazir əlavə edib ki, gələn il Azərbaycan-Niderland münasibətləri kontekstində önəmli ildir.
"Bizim diplomatik münasibətlərimizin 35 illiyi qeyd olunacaq və bu ərəfədə iki ölkə arasında 2026–2028-ci illəri əhatə edən və əməkdaşlığımızın bütün istiqamətlərini əhatə edən "Yol Xəritəsi"nin hazırlanması önəmli addımdır”,- deyə C.Bayramov əlavə edib.