İranın ali lideri Əli Xamenei etirazlara görə İran hökumətini vurmaqla hədələyən ABŞ prezidenti Donald Trampa cavab verib. Modern.az xəbər verir ki, Xamenei Trampı öz işlərinə diqqət yetirməyə çağırıb.
İranın dövlət televiziyasının məlumatına görə, Xamenei deyib: "Əgər bacarırsa, qoy öz ölkəsini idarə etməyə diqqət yetirsin".
O, Trampı ABŞ-da olan problemlərlə maraqlanmağa çağırıb.
Xamenei İranın etiraz aksiyaları qarşısında geri çəkilməyəcəyini də bildirib.
Ali rəhbər İran xalqına müraciət edib, bir olmağa çağırıb. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dünən İrandakı etirazçılara müraciət edərək onları azadlığa olan inanclarında möhkəm durmağa çağırıb. Tram eyni zamanda İran hökumətini iğtişaşçıları öldürəcəkləri təqdirdə "çox güclü zərbə" ilə hədələyib. İranda bahalaşmaya qarşı etiraz aksiyaları 13 gündür davam edir.