İrəvan silah alır, lakin onlardan istifadə etmək məcburiyyətində qalmayacaq.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, bu açıqlamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin peşə bayramı münasibətilə bu qurumu ziyarət edərkən verib.
Paşinyanın sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti öz imkanlarını ardıcıl olaraq inkişaf etdirməli, o cümlədən xüsusi təyinatlı qüvvələrinin bölmələrini gücləndirməlidir. Eyni zamanda, baş nazir vurğulayıb ki, xidmətin əsas vəzifəsi güc tətbiq etmək zərurətindən yayınmaqdır.
Paşinyan, həmçinin narkotik qaçaqmalçılığına qarşı effektiv mübarizənin vacibliyini vurğulayaraq, bunu Milli Təhlükəsizlik Xidmətinin prioritet fəaliyyət sahələrindən biri adlandırıb.