Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarının beş əməkdaşına müsahibə verib. Dövlət başçısından müsahibə alan telejurnalistlərdən biri CBC telekanalının əməkdaşı Elmira Musazadədir. Modern.az-ın məlumatına görə, Elmira Musazadə bununla artıq ikinci dəfədir ki, dövlət başçısı ilə müsahibədə iştirak edir. O, 2022-ci yanvarın 12-də də Prezidentdən müsahibə götürən beş yerli jurnalist arasında olub. Elmira Musazadə uzun illərdir jurnalistika sahəsində fəaliyyət göstərir. O, daha çox siyasi, hərbi və sosial-ictimai mövzulara həsr olunmuş reportajları, eləcə də ölkənin hüdudlarından kənarda baş verən vacib hadisələrlə bağlı materialları ilə tanınır.
“Müsahibə üç satdan artıq davam etdi və o qədər vacib mesajlar verildi ki, bunların bəziləri keçən ilin yekunlarına, digərləri bu il üçün müxtəlif istiqamətlərə aiddir”.