Ötən il xarici ölkələrdə verilmiş elmi dərəcələrin 35-i Azərbaycanda tanınıb.
Modern.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası (AAK) məlumat yayıb.
Belə ki, ən çox tanınan elmi dərəcələr Türkiyəyə (16) məxsusdur. Digər tanınan sənədlər Rusiya (4), Almaniya (3), Ukrayna (3), Macarıstan (3), Fransa (2), Çexiya (1), Yaponiya (1), Finlandiya (1) və Belçikaya (1) aid olub.