Türkiyədə illik inflyasiya dekabr ayında 30,9 faizə düşərək ardıcıl üçüncü ayda da yavaşlayıb.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, iqtisadçıların proqnozu 31 faiz idi. Aylıq inflyasiya isə 0,9 faizdə qalaraq gözləntilərə yaxın olub.
Məlumata görə bu, Türkiyə Mərkəzi Bankının 2026-cı ildə faiz dərəcələrini azaltmağa davam etməsi üçün şərait yarada bilər.
Geyim və nəqliyyat qiymətlərində azalma dekabr göstəricisinə müsbət təsir göstərib. Lakin ərzaq qiymətləri ay ərzində 2 faiz artaraq inflyasiyaya təzyiq yaradıb.
Baza inflyasiya (ərzaq və enerji qiymətləri çıxılmaqla) 31,65 faizdən 31,1 faizə düşüb — bu son 4 ilin ən aşağı göstəricisidir.
Yanvarda isə inflyasiyada daha kəskin azalma gözlənilir. Buna səbəb kimi hökumətin mülayim vergi artımları və 2026-cı il üçün minimum əməkhaqqının 27 faiz artırılması göstərilir.