Siyəzəndə kişi işlədiyi marketdə həyatını itirib.
Modern.az-ın məlumatına görə, Siyəzən şəhər sakini, 1970-ci il təvəllüdlü Azər Məmmədov işlədiyi Siyəzən rayonu Qalaşıxlı kəndində “Beşbarmaq” pirinin altı adlanan ərazidə yerləşən marketdə qəflətən halı pisləşərək ölüb.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.