Baku.ws saytının 22 yaşı tamam olur.
Modern.az xəbər verir ki, Baku.ws yarandığı ilk gündən məhdud kollektiv və imkanlarla ölkənin internet resursları arasında sözünü deməyi bacarıb.
Bu gün Baku.ws Azərbaycan və rus dillərində fəaliyyət göstərən ən oxunaqlı, operativ və etibarlı xəbər istehsalçılarından biridir. Saytda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbər, analitik yazı, reportaj, müsahibə və araşdırmalar, eyni zamanda regionda, dünyada baş verən son xəbərləri izləmək mümkündür.
Baku.ws 22 il ərzində Azərbaycanda etibarlı xəbər resurslarından birinə çevrilərək statusunu bu günədək qoruyub saxlayır.
Baku.ws-ə məxsus sosial şəbəkələr də ölkədə ən çox izlənən səhifələr sırasındadır.
Eyni zamanda Azərbaycanda təşkil olunan xeyriyyə aksiyaları saytın daima diqqətində olub. Baku.ws 22 il ərzində bir çox xeyriyyə aksiyalarında qatılıb, ehtiyaclı və aztəminatlı insanlara dəstək olub və onların problemlərinin həllində yaxından iştirak edib.
Bir sözlə, Baku.ws 22 ildə bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.