Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var.
Modern.az xəbər verir ki, xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
İbrahim Novruzovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarət alan 3 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.