Tovuzda yol-nəqilyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə şəhərin Həzi Aslanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb
Ağstafa sakini Kənan Salahov idarə etdiyi “Opel” markalı avtomobillə diqqətsizlikdən baş yola çıxarkən hərəkətdə olan “VAZ -2104” markalı avtomobillə toqquşub.
Zərbənin gücündən “Opel” piyda səkisinə çırpılıb. Hadisə nəticəsində “VAZ -2104” markalı avtomobilin sürücüsü 47 yaşlı rayon sakini Rauf Sadıqov xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.