“Fənərbaxça”nın “Atletiko Madrid”in futbolçusu Aleksandr Sörlota irəli sürdüyü müqavilənin detalları məlum olub.
Metbuat.az xəbər verir ki, tərəflər arasında danışıqlar uğurla yekunlaşıb. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, “Fənərbaxça” norveçli hücumçu ilə 3,5 illik müqavilə və 12 milyon avroluq xalis maaş üçün razılığa gəlib. Futbolçu ilə razılığa gələn Türkiyə nəhəngi, “Atletiko Madrid”lə danışıqları davam etdirir.
İspaniya klubunun futbolçu üçün 35 milyon avro tələb etdiyi, “Fənərbaxça”nın isə bu rəqəmi 25-30 milyon avroya endirməyə çalışdığı bildirilir.