"Barselona" müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi "Nottinqem Forest"in gənc müdafiəçisi Murilyonun xidmətinə maraqlıdır. İddialara görə, “Barselona” futbolçunun nümayəndələri ilə bir araya gəlib. Tərəflər futbolçunun mövsümün sonunda transferi barədə danışıqlar aparıb.
Məlumata görə, Avropanın bir sıra nəhəng klubları uğurlu oyun nümayiş etdirən futbolçunun xidmətində maraqlıdır. Qeyd edək ki, Murilyonun "Nottinqem Forest"lə müqaviləsi 2029-cu ildə yekunlaşır.