Türkiyənin "Beşiktaş" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirir. Türkiyə çempionatında ikinci dövrə başlayanda milli komandanın ulduzu Salih Özcan ağlı-qaralı formanı geyinəcək.
Metbuat.az xəbər verir ki, Türkiyə klubu hazırda "Borussiya Dortmund"un şərəfini qoruyan Salih Özcanla anlaşıb. Qış transfer dövrünə start veriləndə Salihin keçidi rəsmiləşəcək. "Beşiktaş" Salih Özcan üçün Almaniya klubuna 3 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Borussiya Dortmund"un formasını geyinən Salih həm də futbol üzrə Türkiyə yığma komandasının üzvüdür. 27 yaşlı yarımmüdafiəçi daha çox İspaniya-Turkiyə matçında vurduğu qolla yadda qalıb.