Metbuat.az xəbər verir ki, futbolçunun “Komo” klubundakı uğurlu çıxışı, “Real”ın diqqətini cəlb edib. AS nəşrinin məlumatına görə, bir sıra klublar Niko Pasın xidmətində maraqlıdır. Lakin transfer üstünlüyü “Real”dadır. Bildirilir ki, klublar arasındakı razılaşmaya əsasən “Real” futbolçunu 2027-ci ilə qədər 9 milyon avroya geri qaytara bilər. Niko Pasın mümkün qayıdışı Arda Gülerin və ya digər yarımmüdafiəçilərdən birinin əsas heyətdəki yerini itirməsinə səbəb olar.