Türkiyə dünyada baş məşqçilərin ən çox dəyişdiyi ölkələrin sırasında birinci yerdə dayanır. Avropanın əksər klublarında baş məşqçilər üç-dörd, bəzən isə beş-altı il eyni klubun sükanı arxasında olsa da, Türkiyədə onları üç-dörd həftə sonra yola salırlar.
Metbuat.az xəbər verir ki, hazırda Trendyol Liqasında 18 komanda yarışır. Arxada qalan 17 həftədə bu 18 komandanın 17-si baş məşqçi ilə vidalaşıb. Erkən ayrılıq "Qaziantepspor"da qeydə alınıb. İki həftə ardıcıl məğlub olan "Qaziantepspor" baş məşqçi İsmet Taşdemiri yola salıb. Avqustun 29-da isə "Fənərbaxça" dünya şöhrətli baş məşqçi Maurinyonu istefaya göndərib. "Fənərbaxça"nın ardınca "Beşiktaş" da baş məşqçi ilə müqaviləyə son verib. Klub əfsanəvi futbolçu Sərgən Yalçına tapşırılıb.
Çempionatın iki vacib komandasında - "Antalyaspor" və "Gənclərbirliyi"ndə 17 həftədə iki dəfə baş məşqçi dəyişib. Qeyri-müəyyənlik davam etdiyi üçün dünyanın təcrübəli futbol mütəxəssislərinin çoxu Türkiyədə işləməyə həvəs göstərmirlər.