Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 11-ə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata əsasən, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.
Hazırda pasiyentlərdən üç nəfərin vəziyyəti ağır, beşinin isə vəziyyəti stabil olaraq qiymətləndirilir.
Üç nəfər ambulator müalicə üçün evə buraxılıb.
11:38
Dekabrın 25-də saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 2 nəfər (bir kişi və bir qadın) ölüb, 9 nəfər xəsarət alıb. Xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.