“Real Madrid” Vinisius Juniorla yeni müqavilə imzalamaq istəyir.
Metbuat.az xəbər verir ki, klub prezidenti Florentino Peres futbolçunun klubda qalmasını istəyir. Bildirilir ki, azarkeşlərin Juniorun klubdan göndərilməsinə tələb etməsinə baxmayaraq, Peres onun getməsini dəstəkləməyib.
Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi 2027-ci ildə yekunlaşır. İddialara görə, bundan əvvəl tərəflər maddi məsələlərə görə razılığa gələ bilməyib. Vinisiusun yüksək məvacib tələbi “Real” tərəfindən rədd edilib.