ABŞ və Venesuela arasındakı siyasi gərginliklə bağlı yeni iddia irəli sürülüb.
Metbuat.az xəbər verir ki, Vaşinqton administrasiyasının hərbi qoşun və avadanlıq daşımaq üçün istifadə edilən C-17 təyyarələrini dəfələrlə Karib dənizi bölgəsinə göndərdiyi iddia edilir. “New York Times” qəzetinin araşdırdığı uçuş məlumatlarına görə, C-17 yük təyyarələri ABŞ bazalarından Puerto Rikoya uçuşlar həyata keçirib.
C-17 təyyarələrinin Nyu Meksiko, İllinoys, Vermont, Florida, Arizona, Yuta, Vaşinqton ştatları və Yaponiyadakı bazalardan Puerto Rikoya uçduğu bildirilir, lakin bu uçuşlarda daşınan əsgərlərin və ya digər avadanlıqların sayı barədə məlumat yoxdur.