Bakı. Trend:
Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.