UEFA Çempionlar Liqasında keçirilən "Napoli" - "Qarabağ" oyunu ilə bağlı meydan sahibləri cərimələnib.
Metbuat.az xəbər verir ki, "Napoli" klubu oyunda azarkeşlərin atəşfəşanlıq etməsi səbəbilə 5250 avro və qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 12 min cərimələnib.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu 2:0 hesabı ilə yekunlaşıb.