"Real Madrid"in keçmiş hücumçusu Xoselu klubdakı gərginlik barədə açıqlama verib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, Xabi Alonsonun rəhbərliyi altında komandanın yaşadığı problemlər daha çox emosional məsələlərlə bağlıdır. “Real”ın keçmiş futbolçusu böhranın meydandakı məsələlərlə bağlı olmadığını ifadə edib.
Xoselu "Real Madrid"ə uğur gətirən vacib amillərdən birinin Karlo Ançelotti olduğunu vurğulayıb. Təcrübəli məşqçinin soyunma otağındakı təsirini təsvir edən Xoselu, Ançelottinin oyunçular üzərindəki nüfuzunu və ünsiyyət bacarıqlarını vurğulayıb.