Roma Papası XIV Leo Milad ərəfəsində dünya miqyasında atəşkəsə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə “The Guardian" qəzeti məlumat yayıb.
"Mən bir daha bütün xoşməramlı insanları sülhə - heç olmasa Xilaskarımızın doğum gününə hörmət etməyə çağırıram", - deyə pontifik bildirib.
Vatikan lideri Rusiyanın atəşkəs tələbini rədd etdiyini irəli sürüb. O, ümid etdiyini bildirib ki, dünyada sülh ən azı 24 saat hökm sürəcək.