Türkiyə Kubokunun C qrupunun ilk turunda "Fənərbaxça" "Beşiktaş"ı qəbul edib.
Metbuat.az xəbər verir ki, İstanbul derbisində qonaqlar üstün olublar. Hesabı 33-cü dəqiqədə qonaqlar açıb. Lakin birinci hissə yekunlaşana qədər "Fənərbaxça" hesabı bərabərləşdirib. 43-cü dəqiqədə meydan sahiblər penaltidən fərqlənib. 90+1-ci dəqiqədə qonaqlar qələbəni təmin edən qola imza atıblar.
Qeyd edək ki, "Fənərbaxça" və "Beşiktaş"ın olduğu C qrupunda 8 klub yer alır.