2025-ci ildə qlobal temperatur ən yüksək səviyyələrə çatıb.
Metbuat.az xəbər verir ki, 2025-ci ilin iyul ayı temperatur qeydə alınmağa başlanılandan bəri ən isti üçüncü iyul ayı kimi tarixə düşüb.
Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatı 2024-cü ilin tarixin ən isti ili olduğunu açıqlamışdı. Ümumdünya Meteorologiya Təşkilatı ekstremal temperatur meyllərinin bu il də davam etdiyini qeyd edib. Birləşmiş Millətlər Təşkilatının Su Agentliyi bildirib ki, ildə təxminən 3,6 milyard insan üçün azı bir ay su əlçatan olmur və bu rəqəmin 2050-ci ilə qədər 5 milyardı keçəcəyi proqnozlaşdırılır.