Tayland və Kamboca atəşkəs haqda razılıq əldə edə bilməyib.
Modern.az xəbər verir ki, Malayziyanın paytaxtı Kuala-Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirləri Görüşü çərçivəsində bir araya gələn tərəflərin danışığı nəticəsiz qalıb.
Xatırladaq ki, 7 dekabrda yenidən başlayan sərhəd toqquşmaları zamanı 44 nəfər ölüb, 900 mindən çox insan evlərindən didərgin düşüb.