Xarı Bülbül Azərbaycanın milli rəmzlərindən biridir.
Metbuat.az xəbər verir ki, bu gül Qarabağın dağlıq ərazilərində təbii halda yetişir.
Xarı bülbül insanlar arasında “ Qarabağın gülü ” kimi tanınır. Yalnız Azərbaycan və yaxın ərazilərdə yetişdiyi üçün nadir hesab olunur.
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil olan xarı bülbül, nadir və məhv olmaq təhlükəsi altında olan bitkilərdəndir. Ona görə də təbiətdə bu gülü qoparmaq, zədələmək qanunla qadağandır. Eyni zamanda, xarı bülbül Qarabağın ekoloji sistemində də xüsusi rol oynayır və təbiətin özünü bərpa etməsinin göstəricisidir.