2026-cı il "zerkalni", yəni rəqəmləri bir-birini təkrarlayan və simmetrik görünüş yaradan tarixlərin çoxluğu ilə diqqət çəkir. Bu cür tarixlər hər il olduğu kimi, gələn il də xüsusilə toy, nişan, nikah qeydiyyatı, rəsmi imzalar və şəxsi planlar üçün daha çox seçilir.
Metbuat.az-ın məlumatına görə, gələn ilin "zerkalni" tarixləri bunlardır:
01.01.2026 26.01.2026 02.02.2026 06.02.2026 20.02.2026 26.02.2026 02.06.2026 06.06.2026 20.06.2026 26.06.2026 12.12.2026
Qeyd edilir ki, son illər belə tarixlərdə nikahların və rəsmi müraciətlərin sayı adi günlərlə müqayisədə daha çox olur.
Sevinc İbrahimzadə / Metbuat.az