Otuz iki illik həsrətdən sonra bu il ilk dəfədir ki, kəlbəcərlilər Yeni ili doğma yurdlarında, öz evlərində qarşılayacaqlar. Bu baxımdan 2025-ci il Kəlbəcər üçün düşərli, tarixi ildir. Artıq işğaldan azad olunmuş Kəlbəcərə köç olub. Uzun illər yurd həsrəti çəkən sakinlər bu dəfə Yeni il süfrəsini öz doğma yurdlarında açmağa hazırlaşırlar. Qonaqpərvərlikləri ilə tanınan kəlbəcərlilər üçün bu bayramın doğma eldə qeyd olunması xüsusi rəmzi məna daşıyır. Maraqlıdır, kəlbəcərlilər bu əlamətdar günü kimlərlə birlikdə qeyd etmək istərdilər? Bu kimi suallara Kəlbəcər sakinlərindən maraqlı cavablar aldıq. Onlar hamını Yeni ildə öz evlərinə qonaq dəvət etdilər. Sakinlər deputatları Yeni ildə Kəlbəcərdə görməkdən məmnunluq duyacaqlarını bildirərək, onları da doğma yurda qonaq kimi dəvət etmək istədiklərini ifadə etdilər. Bəs millət vəkillilləri necə, dəvəti qəbul edəcəklərmi?