Bakı. Trend:
“Nvidia” şirkətinin baş icraçı direktoru Censen Huanq casusluqda ittiham olunan şəxslə münasibətlərinə görə onun barəsində aparılan daxili araşdırmaya baxmayaraq, vəzifəsində fəaliyyətini davam etdirmək niyyətindədir.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Bugünkü xəbərlər ‘Nvidia’nın inkişafını ləngitməyəcək. Censen şirkətin baş icraçı direktoru kimi rəhbərliyini davam etdirməkdə qətiyyətlidir”, – deyə şirkətin mətbuat xidmətinin rəhbəri Con Rizzo bildirib.
Bundan əvvəl ABŞ-ın texnologiya korporasiyası “Nvidia”nın direktorlar şurası casusluqda ittiham olunan şəxslə münasibətlərinə görə şirkətin baş icraçı direktoru Censen Huang barəsində araşdırmaya başlanıldığını açıqlayıb.