Fevralın 1-dən etibarən Romadakı məşhur Trevi fəvvarəsinə giriş pullu olacaq.
Metbuat.az xəbər verir ki, turistlər hər giriş üçün 2 avro ödəməli olacaqlar.
Şəhər rəhbərliyi bu addımla turist axınını nizamlamağı və ildə 6,5 milyon avro gəlir əldə etməyi planlaşdırır. Toplanan vəsait abidənin saxlanmasına yönəldiləcək.