Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan atasının fəaliyyətinə qiymət verib.
Metbuat.az xəbər verir ki, Elmin Təbliği Fonduna rəhbərlik edən Bilal Ərdoğan atasının Türkiyənin tərəqqisində müstəsna rol oynadığını deyib. Kütahyada bir konfransa qatılan oğul Ərdoğan hazırda Türkiyənin iqtisadi, siyasi, hərbi gücünün əvvəlki dövrlə müqayisədə dəfələrlə artıq olduğunu bildirib.
Bilal Ərdoğan hərbi sənaye ilə yanaşı, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin də inkişaf etdiyini vurğulayıb. O, müasir Türkiyənin Rəcəb Teyyub Ərdoğanın rəhbərliyi altında qarşıdakı bütün hədəflərə çatacağına əminliyini vurğulayıb.
Bilal Ərdoğanın siyasi məzmunlu mesajları müzakirələrə səbəb olub. Türkiyənin siyasi çevrələrində onun AKP sədri olacağına dair iddialar ortaya atılıb. Oğul Ərdoğanın gələn il aktiv siyasətə atılaraq partiya sədri olan atasını əvəzləyəcəyinə dair ehtimallar irəli sürülüb.