Azərbaycanda 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş məşhur “Dəyirman” hip-hop qrupunu replə maraqlananlar yaxşı xatırlayırlar. Qrupun tərkibinə tanınmış reperlər Miri Yusif, Malik Kələntərli, Elmir Məhərrəmov və Anar Abdullayev daxil idi. "Dəyirman" 1996-cı ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdı. Bu populyar mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.