Bir neçə gün əvvəl itkin düşmüş hesab edilən balıqçı, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun meyiti tapılıb.
Modern.az xəbər verir ki, meyit Xəzər dənizinin İran sektorunda aşkar edilib.
Meyitin Azərbaycan tərəfə verilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında balıqçılardan digəri - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılmışdı. (Mənbə: qafqazinfo)