Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində əmin-amanlıq və sabitlik mühitinin qorunmasının qarşıdakı dövrdə daha vacib olacağını bildirib.
Anadolu Agentliyinin məlumatına görə, Ərdoğan dünyadakı vəziyyətin Türkiyə üçün bu məsələnin əhəmiyyətini artırdığını qeyd edib.
O bildirib ki, Türkiyə regionda gərginliyi artıran qüvvələrə qarşı bütün imkanları ilə mübarizə aparır, münaqişələrin azaldılması, insanların əzablarının yüngülləşdirilməsi və qan tökülməsinin dayandırılması üçün səy göstərir.
“Biz əmin-amanlığa, rifaha və təhlükəsizliyə aparan yolun birlik və həmrəylikdən keçdiyinə inanırıq”, – deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti vurğulayıb ki, həm siyasətdə, həm də xarici siyasətdə ölkənin yeganə istiqamətvericisi Türkiyənin maraqlarıdır.