Gələn ildən Yeni Klinikada və Abşeron Rayon Mərkəzi Xəstəxanasında tam olaraq onlayn randevu sistemi tətbiq ediləcək.
Metbuat.az-ın məlumatına görə, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib:
“Hazırda paytaxtda və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor, regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb”.
Sevinc İbrahimzadə / Metbuat.az