“Bu ilin əvvəlindən etibarən ölkə ərazisində qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə aidiyyəti qurumlar tərəfindən nəzarət tədbirləri gücləndirilib”.
Metbuat.az-ın məlumatına görə, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev “Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər” mövzusunda keçirilən mətbuat konfransında bildirib.
Belə ki, yanvar ayının 1-dən mayın 23-dək regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 69 akt tərtib edilib, ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 29 protokol tərtib edilərək “İnzibati tənbehvermə haqqında Qərar” qəbul edilib, 1 fakt üzrə təbiətə vurulmuş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib:
“1 iyun tarixindən 16 dekabr tarixinədək Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs tərəfindən ekoloji cinayət törədənlərə qarşı həyata keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 23 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq inzibati məsuliyyətə cəlb edilib, Su Nəqliyyatından Polis İdarəsinin mərkəzi əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı ümumilikdə 30 cinayət tərkibli hal yaranıb, 30 nəfər şəxs müvafiq məsuliyyətə cəlb olunub”.
Sevinc İbrahimzadə / Metbuat.az