ABŞ Prezidenti Donald Tramp sanksiyalara məruz qalan bütün Venesuela neft tankerlərinin bloklanması əmrini verib.
Metbuat.az xəbər verir ki, bu barədə Tramp özü açıqlama verib. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin Venesuelanı tamamilə mühasirəyə aldığını iddia edib. Tramp Venesuela hökumətini sərt tənqid edib. O, Venesuelanı "xarici terror təşkilatı" adlandırıb və tarixin ən böyük donanmasının Cənubi Amerikaya göndərildiyini açıqlayıb.
Tramp iddia edib ki, blokada Venesuelanın ABŞ-dən oğurlandığını iddia etdiyi neft, torpaq və digər aktivlər geri qaytarılana qədər davam edəcək.