Bakı. Trend:
Bakı Olimpiya Stadionunda “Sabah” və Dortmundun “Borussiya” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.
Saat 20:45-də start götürən qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.
Qeyd edək ki, hər iki komandanın aktivində ilk iki turdan sonra üç xal var.
Turnir cədvəlində “Sabah” 22-ci, “Borussiya” isə 18-ci yerdə qərarlaşıb.