Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyası tərəfindən dərc edilən hesabatda qeyd edilib. Açıqlamada deyilir ki, Arktikada 1900-cü ildə qeydə alınmağa başlandığından bəri ən isti il müşahidə edilib. Alimlər bildirib ki, iqlim dəyişikliyinin yaratdığı bu vəziyyət buzlaqların əriməsindən qlobal hava dəyişikliklərinə qədər bir sıra dağıdıcı təsirlərə səbəb olur.