Rusiya Prezidenti Vladimir Putin Moskvanın Avropaya hücum edəcəyinə dair iddialar barədə danışıb.
Metbuat.az xəbər verir ki, o, Moskvada Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə iclasda Avropadakı insanlara Rusiya ilə potensial münaqişə ilə bağlı qorxu aşılandığını bildirib. Putinin sözlərinə görə, bu, yalan və cəfəngiyatdır. Putin hesab edir ki, bu, tamamilə qəsdən edilir. Rusiya Prezidenti Ukraynadakı "xüsusi hərbi əməliyyatın" məqsədlərinə çatacağını bildirib.
O, “Biz münaqişənin əsas səbəblərini diplomatiya yolu ilə aradan qaldırmağa üstünlük veririk. Lakin düşmən və onun xarici tərəfdarları konkret danışıqlardan imtina edərsə, Rusiya hərbi yolla tarixi ərazilərinin azad edilməsinə nail olacaq” - deyə bildirib.