Gümrü şəhərinin meri Vardan Qukasyanın həbs müddəti 3 ay uzadılıb.
Modern.az bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Ermənistan parlamentinin "Hayastan" fraksiyasından üç deputat - Mher Melkonyan, Qarnik Danielyan və Geqam Manukyan Gümrü meri Vardan Qukasyanın həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə zəmanət təqdim ediblər. Aktyor Levon Harutyunyan da zaminlərə qoşulub. Lakin məhkəmə Vardan Qukasyanın həbs müddətini uzadıb.
Xatırladaq ki, o, rüşvət almaq ittihamı ilə həbs olunub.